Qaynar xətt:

(+99450) 247 90 86

Rumıniya ölkənin hava məkanını pozduğuna görə etiraz edib

Rumıniya ölkənin hava məkanını pozduğuna görə etiraz edib

DÜNYA

426

13.09.2023, 21:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rumıniya Xarici İşlər Nazirliyi ölkənin hava məkanının pozulmasına etiraz edib

Rumıniya Xarici İşlər Nazirliyi ölkə ərazisində Rusiyaya aid pilotsuz təyyarənin yeni fraqmentlərinin aşkarlanması ilə bağlı etiraz edir və Rusiya diplomatik missiyasının rəhbərini çağırmaq niyyətindədir.

Oxu24.com xəbər verir  ki, bu barədə TASS Rumıniya Xarici İşlər Nazirliyinin məlumatına  istinadən xəbər yayıb.

“2023-cü il sentyabrın 13-də Rusiya ordusunun istifadə etdiyi PUA-lara bənzər pilotsuz təyyarənin yeni fraqmentlərinin aşkar edilməsi fonunda Xarici İşlər Nazirliyi Rumıniyanın hava məkanının dəfələrlə pozulmasına qarşı qəti etirazını yeniləyir, ”,-  deyə bəyanatda bildirilir.

Həmçinin bildirilir ki, XİN Rumıniya və Ukrayna sərhədində baş verənlərlə bağlı NATO müttəfiqləri ilə məsləhətləşmələr aparır. Rusiya diplomatik missiyasının rəhbəri də təcili olaraq idarəyə çağırılıb.

Sentyabrın 13-də Rumıniya Müdafiə Nazirliyi bildirib ki, Rumıniyanın Tulça qraflığında pilotsuz uçuş aparatının hissələri ola biləcək dağıntılar aşkar edilib.

Bundan əvvəl Rumıniyanın baş naziri Marsel Ciolacu bildirmişdi ki, Rumıniyanın ölkə ərazisinə Rusiya istehsalı olan pilotsuz uçan aparatların dağıntılarının düşməsi ilə bağlı təhlükə yoxdur.

 

Müəllif:Nigar