Qaynar xətt:

(+99450) 247 90 86

2021-ci ildən bəri ilk dəfə: Çin səfiri Talibana etimadnaməsini təqdim edir

2021-ci ildən bəri ilk dəfə: Çin səfiri Talibana etimadnaməsini təqdim edir

DÜNYA

257

13.09.2023, 18:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çinin Əfqanıstandakı yeni səfiri etimadnaməsini Taliban hökumətinə təqdim edib.

Oxu24.com xəbər verir  ki, bu barədə Reuters Taliban rəsmilərinə istinadən yazır.

Bu, terror qruplaşmasının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra xarici diplomatın Əfqanıstana ilk səfir təyinatıdır.


Taliban hökuməti hələ ki, dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb. Çin də səfir təyin olunmasına baxmayaraq, bunu açıqlamayıb. Taliban administrasiyasının bəyanatında deyilir ki, “Əfqanıstan İslam Əmirliyinin baş naziri Həsən Axund mərasim zamanı Çinin Əfqanıstandakı yeni səfiri cənab Zhao Xing-in etimadnaməsini qəbul edib”.

Pakistan və Avropa Birliyi kimi digər ölkələr və beynəlxalq təşkilatlar Kabildəki diplomatik nümayəndəliklərə öz nümayəndələrini göndərirdilər, lakin onlar müvəqqəti işlər vəkili statusuna malik idilər. Bu o deməkdir ki, diplomat faktiki olaraq xarici nümayəndəliyin işini idarə edir, amma səfir vəzifəsini tutmur. Taliban hakimiyyətə gəlməzdən əvvəl Əfqanıstana göndərilən bəzi səfirlər bundan sonra da müvəqqəti işlər vəkili statusunda qalıblar.

 

Müəllif: Nigar