Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95145
az

İsveç Ukraynaya döyüş təyyarələri verməyi  düşünür

18:5612 Sentyabr, 2023
66
DÜNYA
  • A

Oxu24.com İsveç mətbuatına istinadən  xəbər verir ki, İsveç Ukraynaya "Gripen" qırıcı təyyarələrinin tədarükünü nəzərdən keçirir.


Sveriges Radio-nun məlumatına görə, İsveç hökuməti bu qırıcıların Kiyevə tədarükü təklifini müzakirə etmək üçün öz Silahlı Qüvvələrinə göstəriş verməyə hazırlaşır.

Hazırda hakimiyyət orqanları tərəfindən nəzərdən keçirilən məsələlər belə bir transferin İsveçin müdafiə qabiliyyətinə təsirləri və itirilmiş hava donanmasının dəyişdirilməsi üçün tələb olunan vaxta aiddir.

Ukrayna hakimiyyətinin İsveçdən Skandinaviya ölkəsinin arsenalında olan təxminən 90 ədəd döyüş təyyarəsindən 16-18-ni alacağı gözlənilir.

Gripen qırıcısı İsveçin Saab şirkəti tərəfindən hazırlanmış dördüncü nəsil çoxməqsədli qırıcı təyyarədir. O, yerüstü hücum, kəşfiyyat və döyüş patrul missiyalarını yerinə yetirmək üçün yaradılmışdır.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un rəsmi saytı istifadəyə verildi
Gürcüstan parlamentində yenə dava düşdü - Video
Yaponiyada atom elektrik stansiyasında yanğın oldu