Qaynar xətt:

(+99450) 247 90 86

BMT  Mərakeşə kömək etməyə hazırdı

BMT  Mərakeşə kömək etməyə hazırdı

DÜNYA

323

12.09.2023, 18:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdən sonra Birləşmiş Millətlər Təşkilatı hökumətin tələb etdiyi təqdirdə dəstək verməyə hazır olduqlarını açıqlayıb.

Oxu24.com xəbər verir  ki,Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçünün müavini Fərhan Haq Mərakeşdə baş verən zəlzələ ilə bağlı yazılı açıqlama verib.

Haq, BMT-nin 8 sentyabr gecəsi Mərakeşdə episentri Mərakeş şəhərinin Əl-Huz bölgəsi olan 7 bal gücündə zəlzələdən sonra gözləmə vəziyyətində olduğunu ifadə edərək, “Əgər dəstək verməyə hazırıq”,-deyə  rəsmi açıqlamada bildirilib.


BMT zəlzələdən 300 mindən çox insanın, BMT Uşaq Fondu (UNICEF) isə 100 mindən çox uşağın zərər çəkdiyini təxmin etdiklərini açıqlayıb.


Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib

Sentyabrın 8-nə keçən gecə Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib, episentri Mərakeşin Əl-Huz bölgəsində olub.

Zəlzələ Mərakeşlə yanaşı, paytaxt Rabat və Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss olunub.

Daxili İşlər Nazirliyi açıqlamasında zəlzələdə 2 min 901 nəfərin öldüyünü, 5 min 530 nəfərin isə yaralandığını bildirib.

 

Müəllif:Nigar