Qaynar xətt:

(+99450) 247 90 86

2,2 milyon uşaq epidemik xəstəliklərə qarşı peyvənd olunacaq

2,2 milyon uşaq epidemik xəstəliklərə qarşı peyvənd olunacaq

DÜNYA

222

12.09.2023, 18:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada 2,2 milyon uşağın qarşısı alına bilən epidemik xəstəliklərə qarşı peyvənd ediləcəyi açıqlanıb.

Oxu24.com xəbər verir  ki,Nigeriya Milli Sağlamlıq Xidmətləri Agentliyinin (NPHCDA) direktoru Faysal Şuaib, açıqlamasında ölkədə uşaqlarda "sıfır epidemiya xəstəliyi" hədəfi çərçivəsində peyvənd kampaniyasına başlanıldığını bildirib.

Kampaniya ilə ölkə daxilində 2,2 milyon uşağa peyvənd etməyi hədəflədiklərini ifadə edən Şuaib, ölkə əhalisinin əhəmiyyətli bir hissəsinin, xüsusilə də uşaqların peyvəndlə qarşısı alına bilən xəstəliklərə hələ də həssas olmadığını bildirib.

Şuaib qeyd edib ki, COVID-19 epidemiyası zamanı ölkədə rutin peyvəndlə bağlı çətinliklər olub, lakin buna baxmayaraq, hökumət ölkə daxilində yeni peyvənd kampaniyasına başlamağa nail olub.

 

Müəllif:Nigar