Qaynar xətt:

(+99450) 247 90 86

Çinin cənubunda şəxsi fermadan 70-dən çox timsah qaçıb

Çinin cənubunda şəxsi fermadan 70-dən çox timsah qaçıb

DÜNYA

284

12.09.2023, 15:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dazhong Daily: Çində şəxsi fermadan 70-dən çox timsah qaçıb

Çinin cənubundakı Quanqdonq əyalətinin Maominq şəhərinin səlahiyyətliləri güclü daşqın zamanı fermadan qaçan timsahları tutmağa çalışır.

Oxu24.com xəbər verir ki,bu barədə dövlətə məxsus “Dazhong Daily” məlumat yayıb.

Şəhərə yağan güclü yağışdan sonra timsahların yetişdirildiyi ferma su altında qalıb və sürünənlər sərbəst buraxılıb. Təsərrüfat sahibləri 69 böyük və 6 bala itkin düşüblər.

Hadisə şahidləri su basmış yolda timsahları görüblər və məlumatı fövqəladə hallar xidmətlərinə ötürüblər; yanğınsöndürənlər və xilasedicilər sürünənlərin axtarışı üçün səfərbər edilib; bir neçə qrup motorlu qayıqlarla ərazidə patrul edir.

Səlahiyyətlilər yerli əhalini su hövzələri ilə gəzməməyə və su basmış ərazilərdən keçərkən ayıq-sayıq olmağa çağırır.

 

Müəllif:Aynurə