Qaynar xətt:

(+99450) 247 90 86

G20 sammitində Ukrayna ilə bağlı bəyanat Qərbə zərbədir - “Financial Times” 

G20 sammitində Ukrayna ilə bağlı bəyanat Qərbə zərbədir - “Financial Times” 

DÜNYA

312

09.09.2023, 19:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com xəbər verir  ki,“Financial Times” yazır ki, Hindistanda keçirilən G20 sammitinin yekun bəyannaməsi Ukraynanı dəstəkləməkdə konsensusun olmadığını nümayiş etdirərək Qərb ölkələrinə zərbə oldu.

Nəşr qeyd edir ki, Kiyev tərəfdarları əvvəlcə sənəddə “Ukraynadakı müharibə”yə istinadı rədd ediblər, çünki onların fikrincə, bu, baş verənlərdə hər iki tərəfin eyni dərəcədə günahkar olduğu təəssüratı yaradır. Amma sənəddə münaqişə məhz belə adlandırılıb.

Qəzet xatırladır ki, 2022-ci ilin noyabrında İndoneziyada keçirilən G20 sammitinin yekunlarına dair sənəddə “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü” ifadəsi yer alırdı.

Qeyd olunur ki, 34 səhifəlik yekun sənəddə G20 liderləri icma üzvləri arasında Ukraynadakı vəziyyətə baxış və qiymətləndirmələrdə fərq olduğunu etiraf edərək, “diplomatiya və dialoqun kritik olduğunu” qeyd ediblər.

Bundan əvvəl Rusiyanın G20-dəki Şerpası Svetlana Lukaş demişdi ki, Yeni Dehlidə keçirilən sammitdə G20-yə üzv ölkələrin liderləri dünyadakı münaqişələrin həlli məsələsində vahid şəkildə hərəkət etməyə razılaşıblar.

 

Müəllif:Afət