Qaynar xətt:

(+99450) 247 90 86

Estoniya Rusiyanın aktivlərinin müsadirəsini qanuniləşdirməyi planlaşdırır

Estoniya Rusiyanın aktivlərinin müsadirəsini qanuniləşdirməyi planlaşdırır

DÜNYA

229

08.09.2023, 18:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Markus Tsahkna bildirib ki, Tallin Avropa İttifaqında Rusiyanın sanksiyaları altında olan aktivlərinin "Ukraynanın bərpası məqsədilə" sonradan istifadəsi üçün müsadirəsini qanuniləşdirməyi planlaşdırır.

Oxu24.com xəbər verir ki,Bu barədə Bloomberg məlumat yayıb.

Tsaxkna vurğulayıb ki, hökumət yaxın iki həftə ərzində belə bir qanun layihəsini təsdiqləməyi və ratifikasiya üçün parlamentə təqdim etməyi planlaşdırır.

Nazir əlavə edib ki, Tallin dondurulmuş Rusiya aktivlərinin müsadirəsi üçün ümumavropa planı ilə razılaşmaqda israrlıdır.

Onun fikrincə, belə bir qanun "həqiqətən Moskvaya və Rusiya biznesinə zərbə vuracaq", lakin qaçılmaz olaraq Rusiya Federasiyasının məhkəmə iddialarına səbəb olacaq.

Nəşr qeyd edir ki, bu, Estoniyada saxlanılan təxminən 35 milyon avroluq Rusiya aktivinə təsir göstərə bilər.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi bildirib ki, Rusiya Federasiyasının Ukraynadakı münaqişəyə görə sanksiyalar çərçivəsində bloklanan suveren aktivləri ilkin olaraq 280 milyard dollar dəyərində qiymətləndirilir və əsasən Avropa İttifaqında yerləşir.

 

Müəllif: Nigar