Qaynar xətt:

(+99450) 247 90 86

Avropa Birliyinin Gürcüstan üçün doqquz şərti

Avropa Birliyinin Gürcüstan üçün doqquz şərti

DÜNYA

276

08.09.2023, 16:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstan Aİ-yə namizəd statusu almaq üçün 12 şərtdən daha doqquzunu yerinə yetirməlidir.

Oxu24.com Rustavi 2 kanalına istinadən  xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Xosep Borrell Tbilisidə keçirdiyi mətbuat konfransında bildirib.

“Avropa Komissiyası 12 prioritet təqdim edib. Siz onlardan üçünü tamamladınız, hələ doqquzu qalıb” deyən Borrell Gürcüstanın qanunun aliliyi, insan haqları və media azadlığı sahələrində islahatlar aparmalı olduğuna aydınlıq gətirib.


Gürcüstanın baş naziri İrakli Qaribaşvili öz növbəsində bildirib ki, Tbilisi 12 tövsiyənin əksəriyyətini yerinə yetirib, üçü hələ də üzərində işləyir. Onların arasında məhkəmə islahatları və de-oliqarxizasiya var.

Bir gün əvvəl Borrell demişdi ki, Aİ-nin qapısı Gürcüstan üçün açıqdır, lakin ölkə müəyyən işlər görməlidir. Onun sözlərinə görə, namizəd statusu “bəzi ölkələrə verilən bir şey deyil, onu ciddi islahatlar və Aİ dəyərlərinə riayət etməklə əldə etmək lazımdır”.

Gürcüstan da Ukraynadan sonra ötən ilin martın əvvəlində Moldova ilə birlikdə Aİ-yə üzv olmaq üçün müraciət edib. Aİ və Avro-Atlantik təhlükəsizlik strukturlarına üzvlük arzusu Gürcüstan Konstitusiyasında təsbit olunub. Qaribaşvili hesab edir ki, Ukrayna və Moldovadan daha çox Gürcüstan Avropa İttifaqına namizəd statusunu almağa layiqdir, çünki o, bütün sahələrdə Kiyev və Kişinyovu “on baş” qabaqlayır.

 

Müəllif: Nigar