Qaynar xətt:

(+99450) 247 90 86

Raketdən müdafiə sistemi Latviyaya verilir

Raketdən müdafiə sistemi Latviyaya verilir

DÜNYA

253

08.09.2023, 15:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İlk Qərb raketdən müdafiə sistemləri (ABM) yaxın 2-3 ildə Latviyaya çatdırıla bilər.

Oxu24.com xəbər verir ki, bu barədə  Delfi portalı ölkənin müdafiə naziri İnara Murniyesə istinadən yazır.

O bildirib ki, hazırda daha erkən çatdırılma tarixləri ilə bağlı danışıqlar aparılır. Əvvəllər belə sistemlərin alınması üçün 600 milyon avroya yaxın vəsaitin ayrıla biləcəyi bildirilmişdi, lakin əməliyyatların yekun məbləği açıqlanmayıb.

Portalın məlumatına görə, Müdafiə Nazirliyi sahilləri qorumaq üçün komplekslərdən istifadə etməyə hazırlaşır.

Latviya Müdafiə Nazirliyi 2022-ci ilin payızında Norveçin Kongsberg Defence & Aerospace şirkətindən NSM (Naval Strike Missile) zenit-raket komplekslərinin alınması ilə bağlı danışıqlara başlayıb.

Mayın 3-də ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlığı və Təhlükəsizliyi İdarəsi elan etdi ki, ABŞ Dövlət Departamenti Latviyanın 110 dollar dəyərində NSM CDS (Naval Strike Missile Coastal Defense System) gəmi əleyhinə raketləri ilə sahil müdafiə kompleksi almasına icazə verib.

 

Müəllif: Nigar