Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94992
az

Macarıstanın xarici işlər naziri Aİ-ni ikili standartlarda ittiham edib

22:4507 Sentyabr, 2023
78
DÜNYA
  • A

Macarıstanın xarici işlər naziri Siyarto Aİ rəhbərliyini ikili standartlarda ittiham edib.

Macarıstanın xarici işlər naziri Peter Sijarto Rumıniyadakı Macarların Demokratik İttifaqının lideri Hunor Kelemen ilə görüşdən sonra mətbuat konfransında çıxış edərək, Aİ-nin eyni standartlara fərqli münasibət göstərməsi səbəbindən Avropa İttifaqında ikili standartlardan danışıb.

Oxu24.com xəbər verir  ki, bu barədə TASS məlumat yayıb.

O, Rumıniyanın 2022-ci ildə Şengen zonasına girişinin Avstriya tərəfindən əngəlləndiyini qeyd edərək, həmçinin Hollandiyanın etirazları səbəbindən Bolqarıstanın Aİ-nin vahid viza zonasına qoşula bilmədiyini xatırladıb.

“Maraqlıdır ki, Qərbi Avropa ölkəsi veto hüququndan istifadə edirsə, bu, ümumavropa qərarlarının qəbulu baxımından tamamilə təbii hesab olunur. Əgər Mərkəzi Avropa dövləti veto hüququndan istifadə edərsə və ya hətta bu barədə düşünərsə, o zaman bu, Avropa birliyinin ciddi şəkildə pozulması kimi qiymətləndiriləcək”, - deyən nazir belə bir siyasətin ikili standartların mövcudluğundan xəbər verdiyinə işarə edib.

Bundan əvvəl Szijarto bildirib ki, Budapeşt Rusiya Federasiyası və Türkiyənin bölgədəki təsirini cilovlamaq üçün Qərbi Balkanların Avropa Birliyinə qəbul edilməsinə çağırıb.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-də F-16 qırıcısı qəzaya uğradı
ABŞ-da