Qaynar xətt:

(+99450) 247 90 86

Fransa məktəblərdə müsəlman paltarı geyinməyi qadağan edib

Fransa məktəblərdə müsəlman paltarı geyinməyi qadağan edib

DÜNYA

262

07.09.2023, 20:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransa Dövlət Şurası məktəblərdə müsəlman paltarının geyilməsinə qadağa qoyub.

Oxu24.com xəbər verir  ki,bu barədə RİA Novosti məlumat yayıb.

Bundan əvvəl Fransanın ədliyyə naziri Erik Düpon-Moretti prokurorları məktəbdə dünyəvilik prinsipinin pozulmasına və dini mənsubiyyətin nümayiş etdirilməsinə görə cəzalandırmağa çağırıb.

Fransa prokurorlarına göndərdiyi direktivdə nazir 2004-cü ildə “məktəblərdə dünyəvilik prinsipi ilə bir araya sığmayan” geyim və dini mənsubiyyət simvollarının geyinilməsini qadağan edən qanuna istinad edir.

Avqustun sonunda milli təhsil və gənclər naziri Qabriel Attal bəyan edib ki, Fransa hökuməti məktəblərdə ənənəvi müsəlman abaya paltarlarının geyinilməsinə qadağa tətbiq etmək niyyətindədir.

 

Müəllif:Nigar