Qaynar xətt:

(+99450) 247 90 86

British American Tobacco şirkəti Rusiya və Belarusda biznesini satır

British American Tobacco şirkəti Rusiya və Belarusda biznesini satır

DÜNYA

323

07.09.2023, 15:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ən böyük tütün şirkəti olan British American Tobacco Rusiya və Belarusdakı biznesini satmaq üçün müqavilə bağlayıb.

Oxu24.com xəbər  verir  ki,bu barədə qurumun özündə məlumat verilib.

BAT-ın alıcısı BAT Russia idarə heyətinin üzvlərinin rəhbərlik etdiyi konsorsium idi.

“Sövdələşmə bağlandıqdan sonra o, hər iki bölmənin tam mülkiyyətinə sahib olacaq”, – şirkətin açıqlamasında bildirilir.

Satışdan sonra müəssisələrə ITMS Group adı veriləcəyi də məlumdur. Şirkət nümayəndələrinin sözlərinə görə, əməliyyat gələn ay başa çatacaq.

Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi Britaniyanın tütün istehsalçısı British American Tobacco şirkətini Vaşinqtonun sanksiyalarını pozaraq KXDR-də siqaret satdığına görə cərimələyib. Daha sonra şirkət 629 milyon dollar cərimə alıb.

 

Müəllif: Nigar