Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94951
az

ABŞ rusiyalı oliqarxların pullarını Ukraynalı  veteranlara verəcək

10:3807 Sentyabr, 2023
67
DÜNYA
  • A

ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken bildirib ki, Vaşinqton rus oliqarxlarından müsadirə olunmuş aktivləri Ukrayna hərbi veteranlarına dəstək üçün göndərəcək.

Oxu24.com xəbər verir  ki,Blinken Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib: “Biz ilk dəfə olaraq, sanksiyaya məruz qalmış oliqarxlardan müsadirə edilmiş aktivləri Ukraynaya ötürürük, indi bunlar Ukrayna hərbi veteranlarına dəstək üçün istifadə olunacaq”.

Onun sözlərinə görə, “Putinin aqressiv müharibəsinə töhfə verən rus oliqarxları bunun əvəzini verməlidir”. Eyni zamanda, Blinken konkret hansı aktivlərdən və nə qədər söhbət getdiyini açıqlamayıb.

Sanksiyaya məruz qalan rusiyalı iş adamlarının aktivləri ABŞ Ədliyyə Nazirliyinin yaratdığı “KleptoCapture” idarələrarası qrupu tərəfindən idarə olunur.

 

Müəllif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da
Rusiyada neft emalı zavodu yandı
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Saxlanılanlar var