Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Hərbi Hava Qüvvələri Minuteman III raketini  buraxıb

ABŞ Hərbi Hava Qüvvələri Minuteman III raketini  buraxıb

DÜNYA

322

06.09.2023, 18:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Birləşmiş Ştatlar hazırlığını və effektivliyini yoxlamaq üçün döyüş elementləri olmayan Minuteman III qitələrarası ballistik raketini buraxıb.

Oxu24.com xəbər verir  ki,bu barədə Vandenberq Kosmik Qüvvələri Bazasının bəyanatında deyilir.

“ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Hücum Komandanlığı tərəfindən döyüş başlığı olmayan “Minuteman III” qitələrarası ballistik raketinin sınaq buraxılışı Vandenberq Kosmik Qüvvələri bazasından sentyabrın 6-da saat 1:26-da  baş tutub, -  deyə mətndə deyilir.


Bir gün əvvəl Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-ın Minuteman III qitələrarası ballistik raketinin (ICB) yeni sınaqlarını keçirəcəyini bildirmişdi. Onun sözlərinə görə, Moskvaya planlaşdırılan buraxılış barədə məlumat verilib.

 

Müəllif:Nigar