Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94901
az

General Surovikin Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytından yoxa çıxıb

12:3806 Sentyabr, 2023
98
DÜNYA
  • A

Ordu generalı Sergey Surovikin Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytından yoxa çıxıb.

Oxu24.com xəbər verir  ki,bu barədə Baza Telegram kanalı yazır.

Əvvəllər Surovikin internet saytında Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı ilə birlikdə Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qeyd edilib. Rəsmi olaraq Sergey Surovikinin istefası barədə məlumat verilməyib.

Sentyabrın 4-də rusiyalı jurnalist Kseniya Sobçak öz Telegram kanalında Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin (VKS) keçmiş baş komandanı, ordu generalı Sergey Surovikinin həyat yoldaşı Anna ilə şəklini yerləşdirib.

KİV-in məlumatına görə, Surovikin Rusiyada üsyanı dayandırmağa çağırdığı iyunun 24-dən bəri ictimaiyyət qarşısına çıxmayıb. İyul ayında Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov ordu generalı Sergey Surovikinin "istirahət etdiyini və hələ ki, orada olmadığını" bildirmişdi.

Avqustun sonunda Aerokosmik Qüvvələrin keçmiş baş komandanı, ordu generalı Sergey Surovikin tutduğu vəzifədən azad edilib. Məlumdur ki, onun vəzifəsinə Rusiya Aerokosmik Qüvvələrinin (VKS) Baş Qərargah rəisi vəzifəsini icra edən general Viktor Əfzalov təyin edilib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ordu generalı Sergey Surovikinlə bağlı vəziyyəti şərh etməyib.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada zəlzələ oldu
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Bryansk vilayəti üzərində pilotsuz təyyarə məhv edilib

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü