Qaynar xətt:

(+99450) 247 90 86

Çexiya Kiyevə seçkiləri təxirə salmamağı tövsiyə edib

Çexiya Kiyevə seçkiləri təxirə salmamağı tövsiyə edib

DÜNYA

290

06.09.2023, 11:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çexiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Daniel Drake 2024-cü ildə Ukraynada seçkilərin keçirilməsinin mümkün olduğunu və Praqanın onların keçirilməsində Kiyevə kömək etməyə hazır olduğunu bildirib.

Oxu24.com xəbər verir  ki, bu barədə  Euractiv saytı məlumat yayıb.

"Rusiya və Ukrayna arasında hərbi münaqişə şəraitində seçkilərin təşkili Ukrayna qanunvericiliyi ilə tənzimlənir və nə qədər çətin olsa da, biz inanırıq ki, gələn il təşkil oluna bilər", - deyə  Drake bildirib..

Eyni zamanda, Çexiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Praqa seçkilərin təşkilinə kömək etməyə hazırdır, ancaq Kiyevdən konkret müraciətlər aldıqdan sonra.

Bundan əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami Vaşinqtonun Amerika pulu naminə ukraynalıların etibarını qurban verməyə çalışan Ukrayna rəhbəri Vladimir Zelenski tərəfindən aldadıldığını bildirib.

Ramasvaminin sözlərinə görə, Amerika xalqı ABŞ vergi ödəyicilərindən daha çox pul almaq üçün öz millətinin etibarını qurban verməyə hazır olan Ukrayna prezidenti tərəfindən aldadılır. Siyasətçi Ukraynada seçkilərin ABŞ tərəfindən maliyyələşdirilməsi şərti ilə keçirilməsinə razılıq verən Zelenskini tənqid edib.

 

Müəllif: Nigar