Ermənistanda benzin rekord həddə bahalaşıb
28 Sentyabr 2026, 16:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
242
05.09.2023, 23:26
Dövlət Departamenti: ABŞ Şimali Koreyanı Rusiyaya silah tədarükünü dayandırmağa inandırmaq istəyir
Vaşinqton Moskva və Pxenyan arasında müdafiə xəttində əməkdaşlıqda irəliləyiş görür, lakin KXDR-i Rusiya tərəfini silahla təmin etmək planlarından imtina etməyə inandırmağa davam edəcək.
Oxu24.com RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Təhlillərimiz göstərir ki, KXDR və Rusiya arasında müdafiəyə dəstək üzrə danışıqlar indi irəliləyir... Lakin biz Şimali Koreyalıları addım atmamağa inandırmaq üçün imkanlar axtarmağa davam edəcəyik”,-deyə qeyd edib.
Avqustun 30-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ administrasiyası Moskva və Pxenyanın hərbi-texniki əməkdaşlığı artırması səbəbindən Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
Bundan əvvəl Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam demişdi ki, KXDR-in dövlət işləri üzrə sədri Kim Çen In Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə iki ölkə arasında əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bəyan edib.
İyul ayında ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Şoyqunun Şimali Koreyaya səfərinin məqsədlərindən biri Ukraynadakı döyüşlər üçün silah təchizatını təmin etməkdir.
Müəllif:Nigar
17:48 / 28 Sentyabr 2026
1
17:25 / 28 Sentyabr 2026
227
17:20 / 28 Sentyabr 2026
41
17:09 / 28 Sentyabr 2026
51
17:06 / 28 Sentyabr 2026
334
17:03 / 28 Sentyabr 2026
54
16:59 / 28 Sentyabr 2026
71
16:45 / 28 Sentyabr 2026
54
16:17 / 28 Sentyabr 2026
65
16:16 / 28 Sentyabr 2026
68
16:00 / 28 Sentyabr 2026
61
15:36 / 28 Sentyabr 2026
121
15:21 / 28 Sentyabr 2026
208
15:16 / 28 Sentyabr 2026
200
15:05 / 28 Sentyabr 2026
64
14:55 / 28 Sentyabr 2026
57
14:45 / 28 Sentyabr 2026
63
14:25 / 28 Sentyabr 2026
60
14:02 / 28 Sentyabr 2026
98
14:00 / 28 Sentyabr 2026
72
13:46 / 28 Sentyabr 2026
76
13:43 / 28 Sentyabr 2026
67
13:30 / 28 Sentyabr 2026
687
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.