Qaynar xətt:

(+99450) 247 90 86

Sərnişin avtobusunda 76 kiloqram heroin ələ keçirildi

Sərnişin avtobusunda 76 kiloqram heroin ələ keçirildi

DÜNYA

286

05.09.2023, 22:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Kocaeli vilayətində sərnişin avtobusunda narkotik vasitə ələ keçirməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.

Oxu24.com xəbər verir  ki,Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qrupları narkotik istehsalı və ticarətinin qarşısının alınması istiqamətində aparılan tədbirlər çərçivəsində Anadolu yolunun İzmit hissəsində saxlanılan sərnişin avtobusunda "Zeyna" adlı narkotik iti ilə axtarış aparıb.

İtin reaksiyası üzərinə qruplar avtomobilin arxa oturacağının alt hissəsində axtarışları gücləndirib və burada gizlədilmiş 150 bağlamada 76 kilo 500 qram heroin aşkar ediblər.

6 şübhəli qruplar tərəfindən nəzarətə alınıb.

 

Müəllif: Nigar