Qaynar xətt:

(+99450) 247 90 86

Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasını ilin sonuna qədər uzadıb

Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasını ilin sonuna qədər uzadıb

DÜNYA

237

05.09.2023, 20:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barrel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb.

Oxu24.com xəbər verir  ki,Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi olan Energetika Nazirliyinin mənbələrinə əsaslanan xəbərə görə, ilin sonuna qədər ediləcək ixtisarlarla ölkədə gündəlik neft hasilatı 9 milyon barrelə düşəcək.

Beləliklə, Səudiyyə Ərəbistanının 2024-cü ilin dekabr ayına qədər qəbul etdiyi gündəlik 500 min barel azalma qərarına əlavə olaraq 1 milyon barrel azaldılması ilə ümumi məbləğ 1,5 milyon barelə yüksəldi.

İxracın neft bazarlarında sabitliyi qorumaq məqsədi daşıdığı və hər ay azalmaların məbləğinə yenidən baxılacağı açıqlanıb.

Digər tərəfdən, Rusiya baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldacağını açıqlayıb.

OPEC+ qrupu ötən ilin oktyabr ayında hasilatı gündəlik 2 milyon barel azaldacağını açıqlamışdı və may ayından etibarən əlavə olaraq gündəlik təxminən 1,6 milyon barrel azalma qərarı almışdır.

Brent markalı neftin barel qiyməti 90 dolları keçib

Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatında və ixracatında azalmaların uzadılması qərarından sonra Brent markalı neftin bir barelinin qiyməti dünənki bağlanışla müqayisədə 1,77 faiz artaraq 90,58 dollara yüksəlib. Beləliklə, Brent markalı neftin barel qiyməti ötən ilin noyabrından bu yana ən yüksək həddə çatıb.

Qərbi Texas tipli (WTI) xam neftin barel qiyməti də 8,76 faiz artaraq 87,48 dollar olub.

 

Müəllif:Nigar