Qaynar xətt:

(+99450) 247 90 86

Zaxarova  Almaniya və İsveçə Ukrayna üçün silah istehsal etmək planlarına qarşı xəbərdarlıq edib

Zaxarova  Almaniya və İsveçə Ukrayna üçün silah istehsal etmək planlarına qarşı xəbərdarlıq edib

DÜNYA

270

05.09.2023, 15:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Almaniya və İsveçdəki səfirlikləri bu ölkələrin hərbi şirkətlərinin Ukrayna üçün silah istehsal etmək planları ilə bağlı demarşlar edib.

Oxu24.com TASS-a istinadən  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Diplomat vurğulayıb ki, bu planlar reallaşarsa, Rusiya öz təhlükəsizliyinə təhdidləri aradan qaldırmaq üçün lazımi tədbirlər görəcək.

"Rusiyanın Berlin və Stokholmdakı səfirlikləri Almaniya və İsveçin xarici işlər nazirliklərində müvafiq demarşlar edib və biz hər iki paytaxtda lazımi nəticələrin çıxarılacağından çıxış edirik", - Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Rusiya tərəfi Qərbin müvafiq planlarını Rusiya Federasiyası ilə münaqişədə iştirakının növbəti təsdiqi hesab edir.

Sentyabrın 5-də Almaniya Müdafiə Nazirliyi Almaniyanın Ukraynaya Gepard özüyeriyən zenit silahları (ZSU) üçün yeni hazırlanmış sursat göndərdiyini açıqlayıb.

Keçən həftə Ukraynanın keçmiş müdafiə naziri Oleksiy Reznikov ölkəsinin 2022-ci ilin fevralından bəri təxminən 100 milyard dollarlıq hərbi yardım aldığını bildirib.

 

Müəllif:Nigar