Ərdoğan onunla danışdı
28 Sentyabr 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
383
04.09.2023, 23:45
Keniya prezidenti Uilyam Ruto ölkəsinin bir neçə ay ərzində bütün ölkələrə viza azadlığı verməyi planlaşdırdığını açıqlayıb.
Oxu24.com xəbər verir ki,Paytaxt Nayrobidə keçirilən Afrika İqlim Sammitində danışan Ruto Keniyanın bəşəriyyətin ilk məskənlərinə ev sahibliyi etdiyinə diqqət çəkərək, buranı ziyarət edənlərdən viza istəməyin doğru olmayacağını bildirib.
Ölkəsinin bütün bəşəriyyətin vətəni olduğunu bildirən Ruto, "Bir neçə ay ərzində bütün vizaları ləğv etməyi planlaşdırırıq",-deyə məlumatda qeyd edilib.
Vəzifəyə gəldiyi gündən bəri bir çox ölkə ilə vizaları ləğv edən Ruto daha əvvəl bütün afrikalılara viza azadlığı verəcəyini açıqlamışdı.
Afrika İttifaqı və Keniya hökumətinin birgə keçirdiyi “Afrika və dünya üçün yaşıl inkişaf və iqlimin maliyyələşdirilməsi həllərinin dəstəklənməsi” mövzusunda sammit Nayrobidəki Kenyatta Beynəlxalq Konqres Mərkəzində keçirilir. 3 günlük sammit dekabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP28) Tərəflərin 28-ci Konfransı öncəsi danışıqlar öncəsi və ilkin hazırlıq kimi qiymətləndirilir.
Sammitdə Afrika dövlət başçıları, COP28 prezidenti Sultan Əl Cabir, ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, eləcə də bir çox beynəlxalq təşkilatlar iştirak edir.
Sammitin sonunda Afrikanın yaşıl enerjiyə keçid planını ehtiva edən Nayrobi Bəyannaməsinin dərc olunması planlaşdırılır.
Müəllif: Nigar
18:15 / 28 Sentyabr 2026
5
18:09 / 28 Sentyabr 2026
4
18:02 / 28 Sentyabr 2026
28
17:58 / 28 Sentyabr 2026
40
17:56 / 28 Sentyabr 2026
31
17:49 / 28 Sentyabr 2026
36
17:48 / 28 Sentyabr 2026
42
17:25 / 28 Sentyabr 2026
291
17:20 / 28 Sentyabr 2026
50
17:09 / 28 Sentyabr 2026
55
17:06 / 28 Sentyabr 2026
428
17:03 / 28 Sentyabr 2026
58
16:59 / 28 Sentyabr 2026
87
16:45 / 28 Sentyabr 2026
59
16:17 / 28 Sentyabr 2026
69
16:16 / 28 Sentyabr 2026
73
16:00 / 28 Sentyabr 2026
64
15:36 / 28 Sentyabr 2026
126
15:21 / 28 Sentyabr 2026
218
15:16 / 28 Sentyabr 2026
206
15:05 / 28 Sentyabr 2026
66
14:55 / 28 Sentyabr 2026
60
14:45 / 28 Sentyabr 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.