Qaynar xətt:

(+99450) 247 90 86

Kim Çen İnn Putinlə görüşəcək

Kim Çen İnn Putinlə görüşəcək

DÜNYA

329

04.09.2023, 23:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimali Koreya lideri Kim Çen In sentyabrda Rusiya Federasiyasına səfər etməyi və Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Oxu24.com xəbər verir ki,Bu barədə “The New York Times” (NYT) ABŞ rəsmiləri və onların müttəfiqlərindən olan mənbələrə istinadən məlumat yayıb.

Nəşr vurğulayır ki, Kim Çen In Pxenyandan, ehtimal ki, zirehli qatarla Vladivostoka gedəcək və orada Putinlə görüşəcək. Versiyalardan birinə görə, Şimali Koreya lideri Moskvaya gedə bilər, “lakin bu dəqiq deyil”.

“Putin Kim Çen Indan Rusiyaya artilleriya mərmiləri və tank əleyhinə raketlərin göndərilməsinə razılıq verməsini, Şimali Koreya lideri isə Moskvanın peyklər və nüvə sualtı qayıqları üçün qabaqcıl texnologiyaları Pxenyana ötürməsini istəyir”, - mənbə bildirib.

Onlar həmçinin iddia edirlər ki, hər ikisi sentyabrın 10-dan 13-dək keçiriləcək Şərq İqtisadi Forumunda iştirak etmək üçün Uzaq Şərq Federal Universitetinin kampusuna gələcək.

 

Müəllif: Nigar