Qaynar xətt:

(+99450) 247 90 86

Netanyahu İordaniya ilə sərhəddə divar tikmək planlarını açıqlayıb

Netanyahu İordaniya ilə sərhəddə divar tikmək planlarını açıqlayıb

DÜNYA

337

03.09.2023, 22:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrailin baş naziri Benyamin Netanyahu İordaniya ilə sərhəddə divar tikmək planlarını açıqlayıb.

Oxu24.com xəbər verir  ki,yəhudi dövlətinin hakimiyyəti əhalini qeyri-qanuni miqrantlardan qorumağa hazırlaşır.

"Biz Misirlə cənub sərhədində maneələr qurduq və qeyri-qanuni mühacirlərin İsrailə daxil olmasını dayandırdıq.  İndi biz İordaniya ilə şərq sərhədində maneələr yaradacağıq və bu ərazidən də nüfuz etmənin qarşısını alacağıq", - Netanyahu telegram kanalında yazıb.

O, diqqəti İsrail-Misir sərhəddində divarın tikintisi sayəsində Afrikadan bir milyondan çox qaçqının nüfuzunun qarşısını almaq mümkün olduğuna diqqət çəkib. Bu, baş nazirin fikrincə, sadəcə olaraq bütün İsraili məhv edə bilər.

 

Müəllif:Nigar