Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94772
az

İsveçdə Qurana hücumun qarşısını almağa çalışan 15 nəfər saxlanılıb

20:3403 Sentyabr, 2023
133
DÜNYA
  • A

İsveçin Malmö şəhərində müsəlmanların cəmləşdiyi Varnhemstorget bölgəsində polisin himayəsi altında Qurana hücum edən İraq əsilli Salvan Momikanın qarşısını almağa çalışan 15 nəfər saxlanılıb.

Oxu24.com xəbər verir  ki,hadisə yerinə geniş polis mühafizəsi ilə gələn Momika reaksiyalara baxmayaraq Quranı yandırıb.

Ətrafa toplaşan 100-ə yaxın nümayişçi Momikaya və polisə daş və butulka atıb. Bunun üzərinə polis Momikanı hadisə yerindən qaçırarkən nümayişçilərlə polis arasında əlbəyaxa dava düşüb. Hadisədən sonra polis 15 nəfərin saxlanıldığını açıqlayıb.

Malmö polisinin açıqlamasında aksiyanın çox şiddətli keçdiyi və ara-sıra iğtişaşların yaşandığı bildirilib. Hadisə baş verəcəyi təqdirdə polis yenidən ərazidə müşahidə aparmağa başlayıb.

İsveç və Danimarkada Qurani-Kərimə qarşı təxribatlar

Son vaxtlar İsveç və Danimarkada Qurana qarşı hücumlar intensivləşsə də, bu təxribatlara yol verilməsi reaksiya ilə qarşılanır.

Danimarkalı ifrat sağçı siyasətçi və Bərk İstiqamət Partiyasının lideri Rasmus Paludan 2022-ci ildə Pasxa bayramları zamanı İsveçin Malmö, Norköpin və Yönköpinq şəhərlərində və paytaxt Stokholmda Qurani-Kərimin yandırılması təxribatlarını davam etdirib.

Paludan yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi, yanvarın 27-də isə Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb.

Yenə Stokholmda Salvan Momika Qurban bayramının ilk gününə təsadüf edən 28 iyunda Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.

Momika iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında, iyulun 31-də və 14-də isə İsveç parlamentinin qarşısında polisin himayəsi altında Quranı və İraq bayrağını tapdalayıb.

İran əsilli Bəhrami Mərcan avqustun 3-də Stokholmun Angbybadet çimərliyində polisin himayəsi altında Quranı yandırıb.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib
NATO Baş katibi Kiyevdə
Jerar Depardye Parisdə saxlanıldı