Qaynar xətt:

(+99450) 247 90 86

Tümendə ağır qəza:12 nəfər yaralı var

Tümendə ağır qəza:12 nəfər yaralı var

DÜNYA

493

03.09.2023, 13:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Tümen vilayətində  iki avtomobilin toqquşması nəticəsində 6-sı azyaşlı olmaqla 12 nəfər xəsarət alıb.

Oxu24.com xəbər verir  ki,bu barədə Daxili İşlər Nazirliyi KİV məlumat yayıb.

Bazar günü gecə saatlarında Avtoremontnaya küçəsində Toyota Corolla və Opel Zafira toqquşub.

“İlkin məlumata görə, “Toyota”nın sürücüsü köməkçi yoldan çıxarkən ikinci əcnəbi avtomobili buraxmayıb. “Toyota”da dördü azyaşlı olmaqla altı nəfər, “Opel”də dörd böyük və iki uşaq olmaqla altı nəfər olub”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Hadisə yerinə çağırılan tibb işçiləri zərərçəkmişləri müayinə edib və onlara ambulator müalicə təyin ediblər. Hadisənin baş vermə səbəbləri yol polisi tərəfindən araşdırılır.

 

Müəllif: Miri Məcidli