Qaynar xətt:

(+99450) 247 90 86

Dənizlidə avtobus qəzası: 3 ölü

Dənizlidə avtobus qəzası: 3 ölü

DÜNYA

272

03.09.2023, 01:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Dənizli şəhərinin Pamukkale rayonunda avtobusun mikroavtobusla yüngül ticari avtomobilin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.

Oxu24.com xəbər verir  ki,Muğladan Afyonkarahisara gedən sürücüsü hələ öyrənilməyən avtobus Pamukkalenin Cankurtaran səmtində mikroavtobus və yüngül ticari avtomobilə çırpılıb.

Toqquşmanın təsirindən avtobus idarəetmədən çıxaraq aşıb. Hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürən, polis və AFAD qrupları cəlb edilib.

Yüngül ticari avtomobildə olan 3 nəfərin həlak olduğu müəyyən edilib.

Yanğınsöndürənlər avtobusda sıxılmış vəziyyətdə qalan yaralılardan bəzilərini çıxararaq təcili yardım maşınlarına göndəriblər.

Yaralılar şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb.

 

Müəllif: Nigar