Qaynar xətt:

(+99450) 247 90 86

Polşada ukraynalı qaçqınlar üçün ən böyük mərkəz bağlanıb

Polşada ukraynalı qaçqınlar üçün ən böyük mərkəz bağlanıb

DÜNYA

326

02.09.2023, 11:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polşada Varşava yaxınlığındakı Nadarzin şəhərindəki Ptak Expo ticarət mərkəzində ukraynalı qaçqınlara ən böyük dəstək mərkəzi bağlanıb.

Oxu24.com xəbər verir  ki, bu barədə  Wyborcza qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, mərkəzin bağlanması barədə qərarı voyevod Tobiaş Boçenski verib.

Qəzet Boçenskinin mətbuat katibi Daqmar Zalevskidən sitat gətirib: "Belə böyük mərkəzi saxlamağın mənası yox idi".

Bağlanan zaman mərkəzdə 300-ə yaxın ukraynalının olduğu dəqiqləşdirilir. Mərkəzin bağlanması ilə bağlı onlara heç kim xəbərdarlıq etməyib. Nəticədə bəziləri öz vətənlərinə qayıtmağa məcbur olublar.

Mərkəzin əməkdaşlarından biri nəşrə bildirib ki, qalan qaçqınların hazırda harada olduğunu bilmir.

Varşava hökuməti mərkəzin bağlanması qərarına təəccüblənərək, bu məsələdə onlarla heç kimin razılaşmadığını qeyd edib.

Bundan əvvəl Varşavada ukraynalı qaçqınlarla yerli sakinlər arasında kütləvi davanın olması barədə məlumat yayılmışdı. Hadisə avqustun 24-də, Ukraynanın Müstəqillik Günündə axşam saatlarında Vistula bulvarında baş verib.

 

Müəllif:Nigar