Qaynar xətt:

(+99450) 247 90 86

Malayziya Rusiya ilə ticarətdə yuandan istifadə etməyə başlayır

Malayziya Rusiya ilə ticarətdə yuandan istifadə etməyə başlayır

DÜNYA

278

02.09.2023, 08:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Malayziyadan olan bəzi şirkətlər rusiyalı həmkarları ilə hesablaşmalarda Çin yuanı və BƏƏ dirhəmlərindən istifadə etməyə başlayıblar.

Oxu24.com xəbər verir  ki,müvafiq açıqlamanı Malayziyanın Rusiyadakı səfirliyinin ticarət müşaviri Hayfil Elmi Cəmil verib.

“Bəzi Malayziya şirkətləri Rusiya ilə ticarət əməliyyatlarında Çin yuanı və Birləşmiş Ərəb Əmirliklərinin dirhəmlərindən istifadə edirlər”, - RİA Novosti onun sözlərini sitat gətirib.

Cəmil Rusiya ilə ticarətdə yuanın dirhəmdən daha çox istifadə edildiyini vurğulayıb.

Müşavir qeyd edib ki, hələlik Malayziyada rubla tələb çox da yüksək deyil.

Daha əvvəl bildirilmişdi ki, Pekin öz ticarət tərəfdaşları ilə dollar və avro ilə müqayisədə daha tez-tez yuanla hesablaşmağa başlayıb.

 

Müəllif: Nigar