Qaynar xətt:

(+99450) 247 90 86

Antalyada tuneldə 14 avtomobil zəncirvari qəza törədib

Antalyada tuneldə 14 avtomobil zəncirvari qəza törədib

DÜNYA

431

01.09.2023, 23:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Antalyanın Kəmər rayonunda tuneldə baş verən 14 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzası nəticəsində nəqliyyatda fasilə yaranıb.

Oxu24.com xəbər  verir ki,Kəmərdən Antalya istiqamətində Orhan Büyükalp Tunelində naməlum səbəbdən qəza baş verib.

Xəbərdarlıq üzərinə qəza yerinə 112 Təcili Sağlamlıq, polis, jandarma və xilasetmə qrupları sövq edildi.

14 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər xəsarət alıb, maddi ziyan dəyib.


Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb, zədələnmiş avtomobillər isə evakuatorlarla çıxarılıb.

Digər tərəfdən, qəza səbəbindən Kəmərdən Antalyaya gedən magistral istiqamətində yolda uzun maşın növbəsi yaranıb.

 

Müəllif:Nigar