Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94675
az

Belarus Polşanı sərhədi pozmaqda ittiham edib

22:4501 Sentyabr, 2023
103
DÜNYA
  • A

Belarusun Dövlət Sərhəd Komitəsi cümə günü günortadan sonra Polşa hərbi helikopterinin Belarus sərhədini pozduğunu elan edib.

Oxu24.com xəbər verir ki,Departament bu barədə öz Telegram kanalında məlumat yayıb.

Belarus sərhədçilərinin məlumatına görə, Polşanın Mi-24 hərbi helikopteri Qrodno vilayətində Berestoviçski yaxınlığında hava məkanını pozub. Bildirilir ki, helikopter minimum hündürlükdə uçub, dövlət sərhədini 1200 metr dərinlikdə keçərək Belarus ərazisinə keçib və sonra geri qayıdıb.

Belarus hakimiyyəti hadisə ilə bağlı Polşa tərəfini xəbərdar edib. Polşanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. Ondan “müvafiq izahat verilməsi və hadisənin hərtərəfli araşdırılması” tələb olunub.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəstə təcili yardım maşınında tibb işçisinə xəsarət yetirib
Hindistan və Pakistan Qırğızıstandakı vətəndaşlarına müraciət edir
Skadovska raket hücumu nəticəsində yaralıların  sayı 12-yə yüksəlib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub