Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94674
az

Rusiyanın ən varlı adamı Ukraynadakı müharibəni pisləyib

22:4201 Sentyabr, 2023
97
DÜNYA
  • A

Rusiyanın ən varlı iş adamı Andrey Melniçenko Rusiyanın Ukraynadakı müharibəsinə qarşı çıxış edib. Eyni zamanda o, bu müharibəni bir çox tərəflərin: Ukrayna, Rusiya və Qərb ölkələrinin rəhbərliyinin səhvi hesab etdiyini vurğulayıb.

Melniçenko özü də daxil olmaqla rusiyalı sahibkarlara qarşı tətbiq edilən iqtisadi sanksiyalardan da narazılığını bildirib və onları ədalətsiz adlandırıb.

Oxu24.com xəbər verir  ki,Melniçenko bu barədə “The Financial Times” qəzetinə müsahibəsində bildirib.


Melniçenko Rusiyanın Ukraynadakı hərəkətlərini cinayət hesab edirmi sualına “hə” cavabını verib. Bununla belə, o, həmçinin qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski öz hərəkətləri ilə güclü və aqressiv qonşunu təxribata çəkdiyi üçün müharibəyə görə də məsuliyyət daşıyır. O, həmçinin iddia edir ki, ABŞ və Mərkəzi Kəşfiyyat İdarəsi yaxınlaşan işğaldan xəbərdar olduqları üçün bunun qarşısını ala bilməyiblər.

Melniçenko hərbi əməliyyatları birbaşa maliyyələşdirməyən iş adamlarına qarşı sanksiyaların ədalətsiz olduğunu və onun İsveçrədən Birləşmiş Ərəb Əmirliklərinə məcburi köçməsinə səbəb olduğunu vurğulayıb.

O, həmçinin sanksiyaları atom bombası ilə müqayisə edib və hesab edir ki, bu, münaqişədə iştirak etməyən milyonlarla insanın böyük iztirablara səbəb olub.

Andrey Melniçenko “Forbes” jurnalına görə Rusiyanın ən varlı sahibkarları reytinqində liderdir. Onun sərvəti 25,2 milyard dollar qiymətləndirilir. Melniçenko Eurochem və SUEK kömür şirkətinin həmtəsisçisi kimi tanınır.

Melniçenko 2022-ci ildən ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, İsveçrə, Kanada, Avstraliya, Yeni Zelandiya və Ukrayna da daxil olmaqla müxtəlif ölkələrin sanksiyaları altındadır. Məhdudiyyətlərin tətbiqi nəticəsində o, SUEK və Eurochem şirkətlərinin direktorlar şuralarındakı vəzifələrini tərk etmək məcburiyyətində qalıb.

 

Müəllif:Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rus səfir qəfil öldü
İlon Mask müəllif hüquqlarını
ABŞ Çinin ən böyük ticarət tərəfdaşına çevrilib

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı