Venesuelada yüzlərlə insan seçkilərin keçirilməsi tələbi ilə nümayişlər keçirib
28 Sentyabr 2026, 20:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
324
31.08.2023, 21:34
Dünən Qabonda fəaliyyətə başlayan keçid hökuməti, Qurumların Keçid və Bərpa Komitəsinin rəhbəri general Brice Oliqui Nguema sentyabrın 4-də and içəcək.
Respublika Qvardiyasının komandanı general Nguema 2009-cu ilə qədər əvvəlki prezident Ömər Bonqonun köməkçisi vəzifəsində çalışıb.
Atasının ölümündən sonra kürsüyə oturan Ali Bonqo ilə mübahisə edən Nguema Qabonun Rabat və Dakar səfirliklərinə Hərbi Attaşe olaraq göndərilib və ölkədən qovulub.
2019-cu ildən Respublika Qvardiyasının komandanı vəzifəsində çalışan Nguemanın Bonqo ailəsi ilə həm qohumluq, həm də uzun müddətdir davam edən əlaqələri olduğu məlumdur.
Qabonda çevriliş
Mərkəzi Afrika ölkəsi Qabonda milli televiziya binasına daxil olan bir qrup əsgər rəhbərliyi ələ keçirdiklərini açıqlayıb.
Özlərini “İnstitusiyaların Keçid və Bərpa Komitəsi (CTRI)” adlandıran əsgərlər avqustun 26-da keçirilən seçkilərin ləğv edildiyini və ölkə sərhədlərinin bağlandığını açıqlayıblar.
Hazırkı prezident Əli Bonqo Ondimba avqustun 26-da keçirilən prezident seçkilərində üçüncü dəfə qalib gəlib.
Ölkədə səsvermə prosesinin son saatlarında “zorakılıq” səbəbi ilə komendant saatı tətbiq edilib, seçkidən sonra səslərin sayılması prosesi davam edərkən internetə məhdudiyyət qoyulub.
Ata Ömər Bonqo ilk dəfə 1967-ci ildə hakimiyyətə gəlib və 2009-cu ildə dünyasını dəyişəndə oğlu Əli Bonqo onun kreslosunda əyləşib.
Bonqo ailəsi 56 il Qabonu idarə edib.
Müəllif:Nigar
20:30 / 28 Sentyabr 2026
5
20:27 / 28 Sentyabr 2026
62
20:15 / 28 Sentyabr 2026
107
20:14 / 28 Sentyabr 2026
38
20:10 / 28 Sentyabr 2026
42
20:07 / 28 Sentyabr 2026
198
20:02 / 28 Sentyabr 2026
53
19:58 / 28 Sentyabr 2026
47
19:52 / 28 Sentyabr 2026
52
19:50 / 28 Sentyabr 2026
52
19:37 / 28 Sentyabr 2026
53
19:29 / 28 Sentyabr 2026
832
19:29 / 28 Sentyabr 2026
68
19:18 / 28 Sentyabr 2026
71
19:08 / 28 Sentyabr 2026
73
18:43 / 28 Sentyabr 2026
269
18:39 / 28 Sentyabr 2026
447
18:32 / 28 Sentyabr 2026
196
18:19 / 28 Sentyabr 2026
100
18:15 / 28 Sentyabr 2026
58
18:09 / 28 Sentyabr 2026
74
17:58 / 28 Sentyabr 2026
106
17:56 / 28 Sentyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.