Qaynar xətt:

(+99450) 247 90 86

Süni viruslar da peyda ola bilər - MEDVEDEV

Süni viruslar da peyda ola bilər - MEDVEDEV

DÜNYA

227

31.08.2023, 20:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya Federasiyasının Prezidenti yanında Elm və Təhsil üzrə Şura Rəyasət Heyətinin açılış iclasında deyib ki, gələcəkdə təkcə təbii deyil, həm də süni viruslar da peyda ola bilər.

Oxu24.com xəbər verir ki,bu barədə TASS məlumat yayıb.

Medvedevin sözlərinə görə, Rusiya dünyada viruslarla bağlı vəziyyəti diqqətlə izləyir. Bundan əlavə, Rusiya hakimiyyəti ABŞ-ın postsovet məkanında hərbi bioloji aktivliyindən narahatdır.

"Yeni viruslar təkcə təbii deyil, həm də süni mənşəli ola bilər",-deyə o bildirib.

Bundan əvvəl Aleksandr Çepurnov koronavirusun yeni dalğasının xüsusiyyətlərindən danışıb.

Onun sözlərinə görə, əvvəlki variantları sıxışdırmaq üçün virusun bəzi üstünlükləri olmalıdır - daha yüksək yayılma sürəti və ya infeksiya üçün daha aşağı doza tələb olunur. O əlavə edib ki, “eris” koronavirusun digər variantları ilə müqayisədə xüsusi təhlükə yaratmır.

 

Müəllif: Miri Məcidli