Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-ın Yaponiyadakı səfiri Çini pandemiyanın başlanğıcında COVID haqqında susmaqda ittiham edir

ABŞ-ın Yaponiyadakı səfiri Çini pandemiyanın başlanğıcında COVID haqqında susmaqda ittiham edir

DÜNYA

292

31.08.2023, 08:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əgər Çin pandemiyanın başlanğıcında Fukusima-1 Atom Elektrik Stansiyasından (AES) suyun boşaldılması məsələsində Yaponiya qədər açıq olsaydı, çoxlarının həyatını xilas etmək olardı.

Oxu24.com xəbər verir ki,bu fikri ABŞ-ın Yaponiyadakı səfiri Rahm Emanuel Nikkei üçün yazdığı məqalədə paylaşıb.

“Yaponiyanın nüvə suyu ilə bağlı hərtərəfliliyi ilə Çinin öz həyətində baş verən insan sağlamlığı problemlərinə, o cümlədən quş qripi, SARS və COVID-19-a yanaşmasını müqayisə edərkən kəskin ziddiyyət və öyrənilməli bir dərs var”,- deyə  diplomat bildirib.

Onun sözlərinə görə, ÇXR rəhbərliyi özünü məsuliyyətsiz aparıb və bu, real vaxt rejimində pandemiyaya effektiv reaksiyanın qarşısını alıb.

ABŞ Çinin siyasi manipulyasiyası üçün daim COVID ilə bağlı məsələ qaldırır. 2023-cü ilin mart ayında Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, koronavirusun ortaya çıxması mövzusundan belə bir məqsəd üçün istifadə etməməyə çağırdı. Bundan əlavə, o, ABŞ rəhbərliyinin elmə və faktlara hörmət etməli olduğuna diqqət çəkib.

 

Müəllif: Nigar