Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya  Ukraynanın  əməliyyat-taktiki qrupunun qərargahını məhv edib

Rusiya  Ukraynanın  əməliyyat-taktiki qrupunun qərargahını məhv edib

DÜNYA

314

30.08.2023, 15:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Silahlı Qüvvələri Donetsk Xalq Respublikası ərazisində Ukrayna Silahlı Qüvvələrinin “Donetsk” əməliyyat-taktiki qrupunun qərargahını məhv edib.

Oxu24.com xəbər verir ki,bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Ukraynanın qərargahı Rivne qəsəbəsi ərazisində yerləşirdi.

Bundan başqa, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin 24-cü mexanikləşdirilmiş briqadasının rabitə mərkəzini məhv etməyə nail olublar.

Bundan əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat vermişdi ki, Rusiya döyüş təyyarəsi Qara dəniz bölgəsində ekipajla birlikdə Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi kateri məhv edib.

Həmin gün Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski bildirib ki, yaranmış çətin vəziyyətə görə Ukrayna komandanlığı Artemovski, Kupyanski və Krasno-Limanski istiqamətlərində vəziyyətə xüsusi diqqət yetirmək məcburiyyətində qalıb. .

 

Müəllif: Nigar