Qaynar xətt:

(+99450) 247 90 86

Moskva yaxınlığında ağır qəza: 6 uşaq yaralandı

Moskva yaxınlığında ağır qəza: 6 uşaq yaralandı

DÜNYA

323

28.08.2023, 18:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avqustun 28-də Moskvanın Troitsk rayonunun Kamenka kəndində baş vermiş bədbəxt hadisə nəticəsində 6 uşaq xəsarət alıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Rusiya  Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Toyota İsis mikroavtobusunun sürücüsü idarəetməni itirib. Avtomobil xəndəyə düşüb və işıq dirəyinə çırpılıb.

"Hadisə zamanı avtomobildə 6 uşaq olub, onlar tibb müəssisələrinə aparılıb. Avtomobilin sürücüsü xəsarət almayıb", - məlumatda deyilir.

 

Hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib. Yol polisi və müstəntiqlər hadisənin başvermə şəraitini araşdırır.

 

Müəllif:Afət