Qaynar xətt:

(+99450) 247 90 86

İkinci gəmi Rusiyanın blokadasına baxmayaraq Odessadan çıxdı

İkinci gəmi Rusiyanın blokadasına baxmayaraq Odessadan çıxdı

DÜNYA

221

26.08.2023, 21:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Liberiya bayrağı altında yük daşıyan Primus şənbə günü səhər saatlarında Odessa limanını tərk edib.

Oxu24.com xəbər verir ki,Ukrayna mediası bildirir ki, bu, taxıl müqaviləsindəki fasilədən sonra Ukrayna limanını tərk edən ikinci gəmi olub.

Teleqram kanalında Odessadan çıxan quru yük gəmisinin fotosunu ukraynalı deputat Oleksiy Qonçarenko yerləşdirib.

Toplu daşıyıcı fevralın 20-dən Odessadadır. MarineTraffic resursunun məlumatına görə, gəmi Yunanıstanın Perama limanından gəlib və hazırda Bolqarıstanın Varna limanına gedir. Odessa limanında olduğu müddətdə sahibini və adını dəyişməyə nail olub.

 

Müəllif: Nigar