Qaynar xətt:

(+99450) 247 90 86

Macarıstan prezidenti sülhə ümid etmir

Macarıstan prezidenti sülhə ümid etmir

DÜNYA

284

26.08.2023, 20:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Macarıstan prezidenti Katalin Nowak İtaliyanın "il Messaggero" qəzetinə müsahibəsində deyib ki, "hələlik konkret sülh planını elan etmək üçün heç bir şərait yoxdur" olsa da, tezliklə Ukraynada "müharibəyə son qoymağın vaxtı gələcək".

 

Oxu24.com xəbər  verir  ki,“Mən Papa Fransisklə tamamilə razıyam, hətta konkret sülh planının olması ilə bağlı açıqlama vermək iqtidarında olmasam da,əminəm ki, indi biz layihənin həyata keçirilməsinə daha yaxınıq, biz artıq dörd ay əvvəl Budapeştə son səfəri zamanı pontifiklə bu barədə danışmışıq, lakin daha çox şey deyə bilmərəm”, - deyə Novak bildirib.

 

Macarıstan prezidentinin sözlərinə görə, “sülhün necə qurulacağı barədə danışmağın vaxtı çatıb”. O, buna işarə kimi Papanın elçisi kardinal Zuppinin missiyasını və onun Kiyev, Moskva və Vaşinqtona səfərlərindən sonra Pekinə səfər etmək planlarını göstərib.

 

Müəllif:Afət