Qaynar xətt:

(+99450) 247 90 86

Lukaşenka: Litva, Latviya və Polşa sərhədləri bağlamaqla vəziyyəti daha da pisləşdirəcək

Lukaşenka: Litva, Latviya və Polşa sərhədləri bağlamaqla vəziyyəti daha da pisləşdirəcək

DÜNYA

222

25.08.2023, 17:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Litva, Latviya və Polşa respublika ilə sərhədlərini bağlasalar, özlərinə zərər verəcəklər. Onun sözlərinə görə, belə bir qərar icra olunarsa, Minsk problem yaşamayacaq.

Oxu24.com xəbər verir  ki,“Litva, Latviyanı  mən tam başa düşə bilmirəm. Çox güman ki, bu tendensiyada lokomotivdən qabağa qaçırlar  özlərini göstərmək istəyirlər. Ancaq yan tərəfdən çıxacaq. Əgər bağlamaq istəyirlərsə, qoy bağlasınlar. Biz onsuz da Litvaya və ya Latviyaya getmirik və onların üzərində də işləmirik. Kimə zərər verəcəklər? Onlar yalnız özləri və xalqları üçün vəziyyəti daha da pisləşdirəcəklər”, - Lukaşenka bildirib.

Avqustun əvvəlində Latviya, Litva və Polşa Belarusla sərhədlərin bağlanması mexanizmi barədə razılığa gəliblər. “Kritik vəziyyətdə” müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda, Litva artıq fərdi qaydada Litva-Belarus sərhədində keçid məntəqələrinin sayını azaldır. Sərhədlərdən əlavə, Baltikyanı ölkələr və Polşa Belarus tərəfi ilə dəmir yolu əlaqəsini dayandırmaq imkanlarını araşdırır.

Bundan əvvəl Lukaşenko Polşa, Litva və Latviya sərhədlərini “dəli” adlandırmışdı.

 

Müəllif:Nigar