Qaynar xətt:

(+99450) 247 90 86

G7 Rusiya aktivlərini bloklayacaq

G7 Rusiya aktivlərini bloklayacaq

DÜNYA

323

24.08.2023, 23:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

G7 ölkələri Ukraynaya kompensasiya ödənilənə qədər Rusiyanın aktivlərini dondurulacaq

G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) bloklanmış Rusiyanın maliyyə aktivlərini Rusiya Federasiyası Ukraynaya hərbi əməliyyatlar zamanı respublikaya dəymiş ziyana görə kompensasiya ödəyənə qədər dondurulmuş vəziyyətdə saxlamaq niyyətindədir.

OXU24.COM XƏBƏR VERİR  Kİ, Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Ukraynaya vurduğu ziyanı ödəyənə qədər G7 ölkələrinin yurisdiksiyalarında Rusiyanın suveren aktivləri bloklanacaq", - press-relizdə deyilir.

Mətbuat xidmətinin məlumatına görə, G7 dövlətləri müvafiq mexanizmlər üzərində işləməyə hazırdırlar və Rusiya Federasiyasının “etdiyi dağıntıya” görə məsuliyyət daşımasının gələcək yollarını nəzərdən keçirəcəklər.

Bundan əvvəl Avropa İttifaqının Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin müsadirəsinin mümkünlüyü üçün hüquqi baza yaratmaq niyyətində olduğu bildirilirdi.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin biznes aktivlərinin Rusiyaya qaytarılmasını tələb edib.

 

Müəllif: Nigar