Qaynar xətt:

(+99450) 247 90 86

Putindən Priqojinin ölümü ilə bağlı şok sözlər - VİDEO

Putindən Priqojinin ölümü ilə bağlı şok sözlər - VİDEO

DÜNYA

648

24.08.2023, 21:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya prezidenti Vladimir Putin Tver vilayətində Yevgeni Priqojinin təyyarə qəzası ilə bağlı vəziyyəti şərh edib.

Oxu24.com xəbər verir  ki,Rusiya Federasiyasının prezidenti Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasını faciə adlandırıb. “Bu aviasiya qəzasına gəlincə, ilk növbədə bütün həlak olanların ailələrinə səmimi başsağlığı vermək istəyirəm”, -  deyə  Putin bildirib.

“Mən Priqojini çoxdan tanıyıram. 90-cı illərin əvvəllərindən. O, mürəkkəb taleyi olan insan idi. Və səhvlər etdi. Və istədiyi nəticəni aldı. O, istedadlı insan, istedadlı iş adamı idi. O, təkcə bizdə deyil, xaricdə, Afrikada da işləyib. O, neft, qaz, qiymətli metallarla işləyib”, -  deyə Rusiya Federasiyasının prezidenti bildirib.


Putin deyib ki, Priqojin dünən Afrikadan yenicə qayıdıb və Rusiyada bəzi rəsmilərlə görüşüb.

“ Rusiya İstintaq Komitəsinin rəhbəri bu barədə mənə məlumat verib. Onlar bu hadisə ilə bağlı təhqiqata başlayıblar və bu araşdırma  sona çatdırılacaq”, - deyə Rusiya prezidenti bildirib.

Putin sözlərini “Gəlin müstəntiqlər nə deyəcəklər”,- cümləsi ilə bitirib.

"Vaqner" PMC rəhbərinin təyyarəsi avqustun 23-də Tver vilayətində qəzaya uğrayıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin və özəl hərbi şirkətin komandiri Dmitri Utkin olub. Ümumilikdə on nəfərin öldüyü qeyd edilib. Bəzi məlumatlara görə, Priqojin və Utkinin cəsədləri artıq PMC döyüşçüləri tərəfindən müəyyən edilib. İstintaq Komitəsi cinayət işi açıb.

 

 

Müəllif: Miri Məcidli