Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna: İlk F-16-lar ən tez 6-7 ay ərzində təhvil verilə bilər

Ukrayna: İlk F-16-lar ən tez 6-7 ay ərzində təhvil verilə bilər

DÜNYA

246

22.08.2023, 17:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynanın müdafiə naziri Oleksii Reznikov bəyan edib ki, ilk F-16 təyyarəsi ən tez 6-7 ay ərzində Ukraynaya təhvil verilə bilər.

Oxu24.com xəbər  verir  ki,Jurnalistlərə açıqlama verən Reznikov Ukraynaya F-16 təyyarələrinin tədarükü məsələsini dəyərləndirib.

F-16 təyyarələrinin texniki xidmət göstərə, təmir edə və döyüş vəzifələrini yerinə yetirə bilməsi üçün infrastruktur hazırlığının görülməsi lazım olduğunu bildirən Reznikov, pilotlarla yanaşı mühəndis-texniki işçilərin də yetişdirilməsinin vacibliyini, bunun ciddi və əhatəli bir iş olduğunu bildirib.

Reznikov, Ukrayna səmasında ilk F-16-ların uçması üçün təlim və işlərin davam etdiyini, ilk F-16-ların minimum 6-7 ay sonra təhvil verilməsinin gözlənildiyini bildirib.

Bundan əlavə, Reznikov ukraynalı pilotların 6 aya hazır ola biləcəyini vurğulayıb.

Hollandiya Ukraynaya 42, Danimarka isə 19 F-16 tədarük edəcəyini açıqlayıb.

 

Müəllif: Nigar