Qaynar xətt:

(+99450) 247 90 86

Nənə və nəvəsi qarpızdan öldü

Nənə və nəvəsi qarpızdan öldü

DÜNYA

363

22.08.2023, 17:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moskvanın Lyublin Məhkəməsi ailənin qarpızla zəhərlənməsi işi üzrə keçirilən məhkəmədə  Anton Kotovun  beş il müddətinə həbs verilib.

 

Oxu24.com xəbər  verir   ki,bu barədə Moskva prokurorluğu öz Telegram-kanalında məlumat yayıb.

 

İstintaqın məlumatına görə, 2021-ci il sentyabrın 6-da həmin şəxs Moskvanın Sovxoznaya küçəsində yerləşən ərzaq mağazasının ərazisində “Cigatrin” insektisidindən istifadə edərək emal edib.

 

Qeyd olunur ki, vaxta qənaət etmək üçün həmin şəxs bu cür maddələrlə işləmək zamanı təhlükəsizlik tədbirlərinə əməl etməyib - o, mağazanın nümayəndəsindən binanı tərk etməyi tələb edib və yanında olan məhsullarla, o cümlədən qarpızlarla ticarət meydançasını emal edib. 

 

Sentyabrın 7-də yerli sakin bu mağazadan qarpız alıb, onu da azyaşlı qızı və anası yeyib. Sentyabrın 9-da hər üçü xəstəxanaya yerləşdirilib, qız və onun nənəsi kimyəvi xəsarətdən ölüb, qadına ağır bədən xəsarətləri yetirilib.

 

Avqustun 14-də Sankt-Peterburqda qarpızı ucuz qiymətə satmaqdan imtina etdiyi üçün alıcının hücumuna məruz qalan satıcının mədə yarası ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

 

Müəllif: Nigar