Rusiyanın Altay diyarında fərdi yaşayış evində baş verən yanğın zamanı iki uşaq ölüb, biri uşaq olmaqla daha üç nəfər xəsarət alıb.
Yanğın Zmeynoqorsk şəhərində baş verib.
Oxu24.com xəbər verir ki, bu barədə region prokurorunun köməkçisi Mariya Antoşkina TASS-a müsahibəsində bildirib.
Bildirilir ki, yanan təsərrüfatdan təqaüdçü, onun rəfiqəsi və bir uşağı xilas edilib. Xilasedicilər yanğını söndürdükdən sonra dörd yaşlı qızın və onun üç aylıq qardaşının cəsədlərini aşkar ediblər.
Ölən uşaqların yeddi uşaq olan böyük bir ailədə yaşadığı bildirilir. Onlardan üçü faciə günü nənəsi ilə dincəlirmiş.
Faktla bağlı cinayət işi açılıb. Prokurorluq yoxlamaya başlayıb, yoxlama zamanı profilaktika sisteminin orqanlarının işini qiymətləndirəcək.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR