Qaynar xətt:

(+99450) 247 90 86

Kanar adaları yanır: 26 min insan təxliyə edildi

Kanar adaları yanır: 26 min insan təxliyə edildi

DÜNYA

331

19.08.2023, 21:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İspaniyanın cənub-qərbindəki Kanar adalarından biri olan Tenerifedə yanğınlar səbəbindən 26 min insan təxliyə edilib.

Oxu24.com xəbər verir  ki, bu barədə Tenerife meteorologiya səlahiyyətliləri, temperaturun artmağa davam edəcəyi ilə bağlı məlumat  yayıb.

Tenerife adasındakı yanğınların söndürülməsi və risk altında olanların təxliyəsi üçün işlər davam edir.

Kanar adaları müşaviri Kandelaria Delqado yerli RTVC telekanalına bildirib ki, Tenerifedəki yanğınlar səbəbindən ümumilikdə 26 min insan təxliyə edilib.

Rəsmilər qeyd edib ki, avqustun 15-dən Kanar adasının ən böyük təbiət parkı da daxil olmaqla 5 min hektar ərazi yanıb.

 

Müəllif: Miri