Qaynar xətt:

(+99450) 247 90 86

Pakistanda müxalifət lideri həbs edilib

Pakistanda müxalifət lideri həbs edilib

DÜNYA

240

19.08.2023, 20:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pakistan hakimiyyəti keçmiş xarici işlər naziri və müxalifətdəki Ədalət Hərəkatının (JM) rəhbəri Şah Mehmud Qureşi saxlayıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə “Reuters” partiyanın sözçüsü Zülfi Buxariyə istinadən məlumat yayıb.

 

Agentlik siyasətçinin saxlanmasının səbəbi barədə məlumat vermir.

 

Avqustun əvvəlində Qureşi İslamabad Rayon Məhkəməsi tərəfindən korrupsiyada təqsirli bilinən və üç il müddətinə azadlıqdan məhrum edilən lideri İmran Xanın olmadığı müddətdə DZS-yə rəhbərlik etdi.

Hökmdən sonra Xan Lahor şəhərindəki öz iqamətgahında həbs edilib.

 

Xan ona etimadsızlıq səsverməsindən sonra 10 aprel 2022-ci ildə hökumət başçısı vəzifəsindən kənarlaşdırıldı.

 

Müəllif: Miri Məcidli