Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə Ukrayna üçün gəmi tikir

Türkiyə Ukrayna üçün gəmi tikir

DÜNYA

302

18.08.2023, 17:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün ADA tipli ikinci gəminin təməlqoyma mərasimi olub.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

İstanbuldakı gəmiqayırma zavodlarından birində ADA tipli gəminin keel salma mərasimi keçirilib.

Məlumata görə, bu, Türkiyənin Ukrayna Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyi ikinci korvet tipli gəmi olacaq.

 

Məlumdur ki, Hərbi Dəniz Qüvvələrinin gələcək flaqmanının gövdəsi hələ tammiqyaslı müharibədən əvvəl Mariupoldakı fabriklərdə hazırlanmış poladdan hazırlanmışdır.

 

2022-ci ilin oktyabrında Ukraynaya göndərilən Hetman Ivan Mazepa korveti İstanbulda suya buraxılmışdı.

 

Müəllif: Miri Məcidli