Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya aviaşirkətləri uçuşları kütləvi şəkildə təxirə salır

Rusiya aviaşirkətləri uçuşları kütləvi şəkildə təxirə salır

DÜNYA

311

14.08.2023, 21:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Red Wings aviaşirkəti iki Boeing-777 təyyarəsinin eyni vaxtda sıradan çıxmasından sonra Yekaterinburqdan Antalyaya və geriyə gecikən reyslərin sərnişinlərini çıxarmaq üçün əlavə təyyarə tələb edib.


Oxu24.com xəbər verir  ki,müxalif Rusiya KİV-lərinin məlumatına görə, aviaşirkətlər keyfiyyətli xidmət ala bilmədikləri və lazımi ehtiyat hissələri ala bilmədiklərinə görə uçuşları kütləvi şəkildə təxirə salırlar.

Qeyd olunur ki, avqustun 12-də baş verməli olan uçuşu hər iki istiqamətdə 410 nəfər gözləyir.

Aviaşirkətin mətbuat xidməti izah edib ki, uçuşun ləngiməsi texniki səbəblərə görə baş verib: aviaşirkətin parkında mövcud olan üç Boeing-777 təyyarəsindən ikisi eyni vaxtda sıradan çıxıb.

Qeyd olunur ki, bu, Red Wings aviaşirkəti üçün yayda ilk uçuş gecikməsi deyil. Avqustda yüzə yaxın sərnişin 11 saat ərzində Yekaterinburqdan Astanaya uça bilməyib.

Bundan əlavə, iyul ayında Red Wings-in Ufadan Alma-Ataya reysi “plandankənar texniki xidmətə görə” 8 saatdan çox gecikib.

 

Müəllif: Miri Məcidli