Qaynar xətt:

(+99450) 247 90 86

Qırğızıstan yeni qadağalar tətbiq etdi

Qırğızıstan yeni qadağalar tətbiq etdi

DÜNYA

319

14.08.2023, 21:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qırğızıstanda uşaqlar arasında LGBT təbliğatı qadağan edilib.

 

 Oxu24.com xəbər verir  ki,müvafiq qanunu prezident Sadır Japarov imzalayıb.

 

Qanunda qeyri-ənənəvi cinsi əlaqənin təbliğinə qadağa daxildir. Əgər məlumatda ailə və ənənəvi sosial dəyərlərin inkarı əlamətləri varsa, yaxud qohumlara hörmətsizlik formalaşdırırsa, məlumatlar da uşaqlar üçün zərərli sayılacaq.

 

Həmçinin uşaqları intihara, narkotik, tütün və spirtli içki qəbul etməyə, qumarda iştiraka, fahişəliyə və dilənçiliyə sövq etmək də qadağandır.

Digər qadağalar arasında “qeyri-qanuni davranışa haqq qazandırmaq”, ədəbsiz sözlər, pornoqrafiya, insanlara və heyvanlara qarşı qəddarlıq daxildir.

 

Müəllif: Miri Məcidli